Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub. Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

40 yaşlı kişi arvadını güllələdi - Xəstəxanaya aparanda maşını aşırdı + Yenilənib

Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

***

10:36

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

AzNews.az