Özünü qayadan atan qızın intihar səbəbi : Sevmədiyi şəxsə ərə verilirmiş

Qusarda 17 yaşlı qızın intihar səbəbi məlum olub.

Gədəzeyxur kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 17 yaşlı Nuranə Atluxanovanın anası ikinci dəfə ailə qurduğundan o, anası ilə Qusar şəhəri yeni yaşayış massivində yaşayırmış. Gənc qızın intiharına səbəb də məhz ailəsindəki gərginlik olub. " Nuranənin özünün sevdiyi şəxs var idi. Lakin ögey atası qızın bu istəyinə qarşı çıxırdı və onu başqasına ərə getməyə təhrik edirdi. Nəricə də belə oldu. Nuranə intihar etdi"

Qeyd edək ki, ötən gün Nuranənin ailəsində məlum məsələ yenidən gündəmə gəlib və nəticədə Nuranə evdən qaçıb. Polisə xəbər verən ailə üzvləri sonradan onun meyitini evlərinin yaxınlığındakı qayalıqdan tapıblar.

Faktla bağlı cinayət işi qaldırılıb. Nuranənin anası da ifadə vermək üçün istintaqa cəlb edilib.

Qusarda intihar faktı qeydə alınıb. 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib.

Bahar Rüstəmli

AzNews.az-a