Göyçay sakini traktorun təkəri altında qalaraq ölüb. Göyçay sakini traktorun təkəri altında qalaraq ölüb.

Göyçayda bədbəxt hadisə - traktorun təkərinin altında qaldı

Göyçay sakini traktorun təkəri altında qalaraq ölüb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay rayonunun Potu Şıxlı kəndində baş verib.

Kənd sakini 1961-ci il təvəllüdlü Baxışov Urfan Heydər oğlu hərəkətdə olan qoşqulu traktorun yük yerindən yıxılıb və təkərin altında qalaraq ağır bədən xəsarətləri alıb.

U. Baxışov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.