Bakıda ailə münaqişəsi - Qohumları 37 yaşlı kişinin qabırğalarını sındırdı

Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 37 yaşlı Elman Hüseyn oğlu Allahverdiyev ailə münaqişəsi zəminində öz mənzilində qohumları tərəfindən döyülüb. Qabırğaları sınan zərərçəkmişi təcili yardım maşını ilə xəstəxanaya aparıb.

E.Allahverdiyevin qohumları tərəfindən döyülməsi səbəbi hələlik məlum deyil. Fakt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırılır.

AzNews.az