Suraxanı rayon Polis İdarəsinin əməkdaşları Rövşən Quliyevi narkotik maddələrdən istifadə etdiyinə görə saxlayıb. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları Rövşən Quliyevi narkotik maddələrdən istifadə etdiyinə görə saxlayıb.

İcra məmurunun kürəkəni həbs edildi - Narkotikə görə

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları Rövşən Quliyevi narkotik maddələrdən istifadə etdiyinə görə saxlayıb.

AzNews.az AzMedia.info-ya istinadən xəbər verir ki, Rövşən Quliyev Suraxanı məhkəməsinin qərarına əsasən inzibati qaydada 1 ay müddətində həbs edilib. O məhkəmədə verdiyi ifadəsində Hövsan bələdiyyəsinin üzvü olduğunu bildirib. Məhkəmə zalında o da məlum olub ki, təqsirləndirilən şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan nümayəndəliyinin sədri Ağasəlim Əliyevin yeznəsidir.

Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov isə AzNews.az-a bildirib ki, Hövsan bələdiyyəsinin Rövşən Quliyev adında işçisi yoxdur və heç vaxt olmayıb da.

Qeyd edək ki, Rövşən Quliyev İnzibati Xətalar Məcəlləsinin 2016-cı maddəsi ilə təqsirli bilinərək,həbs edilib.

AzNews.az