Bakıda 17 nəfər universitetin liftində qalıb

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasında 17 nəfər liftdə qalıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunublar.

Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.