Dəhşətli intiharın təfərrüatı: “Adam yanında dayana bilmirdi”

Bərdədə 47 yaşlı kişinin intihar etməsinin səbəbi məlum olub.

Dəymədağlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Mətləb Xəlilov uzun zamandır ki, ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş:

“Mətləb Sumqayıtda yaşayır. Ailəsi, uşaqları var. Uzun zamandır ki, o, ağ ciyər xəstəliyi tapmışdı. Oskürürdü, gündən-günə zəifləyirdi. Oskürək onu elə vəziyyətə salmışdı ki, adam yanında dayana bilmirdi. Tez-tez kəndə gəlirdi. Xəstəliyi ilə əlaqədar son illər demək olar ki, kənddə atası-anası ilə yaşayırdı”.

Qeyd edək ki, Bərdə rayonunda intihar hadisəsi olub. Rayonun Dəymədağlı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlilov Mətləb Sovet oğlu atasının evində müxtəlif dərman həbləri qəbul edərək özünü zəhərləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az