Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İki avtomobil toqquşdu - Yaralanan var

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

“VAZ” və “QAZ 31” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, kənd sakini 1981-ci il təvəllüdlü Əsgərov Bəhruz Elbəy oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az