Bakıda maşın piyadanı vurdu

Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, səhər saatlarında A.Rzayev küçəsində "Seat" markalı, 90 UR 449 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan 65-70 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az