- Köhnə - Hadisə
- 29 Noyabr 2017 12:16
- 5 493
Avtomobillər toqquşdu - 7 yaralı
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobillə "QAZ-24" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.