Bakıda bir avtomobili vurdu - 5-i əzildi + Video

Bakının Zığ yolu şosesində baş vermiş zəncirvari qəzada 5 avtomobilə ziyan dəyib.

AzNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi görüntülər maraqlı məqamları ortaya çıxarıb. İlk növbədə qəzanın başverməsi adi görünsə də, dərindən incələdikdə məlum olur ki, əslində, hər iki sürücü səhvə yol verib. Birincisi, “Mercedes” sol zolaqla hərəkət etdiyi halda qəflədən sağ zolağa hərəkət edir. Və görüntülərdən də aydın olur ki, maşın sanki öz-özunə gedir, yəni sürücü ya yuxulayıb, ya da idarəetməni itirib. İkinci məqam isə odur ki, “Mercedes”in vurduğu qara avtomobil ikinci zolaqda dayanmışdı. Lakin situasiya göstərir ki, həmin avtomobil olmasaydı belə “Mercedes” yol kənarında dayanan maşınlardan biriylə mütləq toqquşacaydı. Belə isə bir maşınla toqquşsa da, qəzada 5 avtomobilə ziyan dəyir. Hiss olunur ki, zərbə güclü olub.

Sükana hakim olmaq lazımdır ki, belə hadisələr baş verməsin. İkinci cərgədə dayanmağın təhlükəli tərəflərini də görməyənlər videoya diqqətlə baxsın...