- Köhnə - Hadisə
- 29 Noyabr 2017 22:30
- 3 487
Xaçmazda ev yandı, xəsarət alan var
Xaçmazda yaşayış evi yanıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, şəhərin Aşıq Ələsgər küçəsi ev 41 ünvanında baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.
1953-cü il təvəllüdlü Paşayev Rafiq Sabir oğlu dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin üst səthinin eləcədə bel, baş və üz nahiyəsinin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxsin vəziyyəti ağırdır. Yaşayış evində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalar aparılır.