- Köhnə - Hadisə
- 27 Fevral 2013 12:04
- 3 565
İçində 9000 manat olan seyf oğurlanıb

Bakıda oğurluq etmiş şəxs yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9000 manat pul və danışıq kartları olan seyfi oğurlamış Sumqayıt şəhər sakini Sələddin Quliyev müəyyən edilib.
S.Quliyev yaxalanaraq istintaqa təhvil verili. Araşdırmalar davam etdirilir.
AzNews.az