Zaqatala rayonunda həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb. Zaqatala rayonunda həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Zaqatalada maşın qaçıran şəxs saxlanılıb

Zaqatala rayonunda həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Zaqatala rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ-2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub.

Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.