27 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Yeni Yasamal yaşayış ərazisində 1990-cı il təvəllüdlü Məmmədov Coşqun Adil oğlu özünün dediyinə görə, tanımadığı şəxslə mübahisə edib. Nəticədə naməlum şəxs onu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

AzNews.az