Oğuz rayon sakini dəm qazından zəhərlənib. Oğuz rayon sakini dəm qazından zəhərlənib.

Dəm qazından zəhərləndi

Oğuz rayon sakini dəm qazından zəhərlənib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 02.00 radələrində rayonun Xaçmazqışlaq kənd sakini, 1990-cı il təvəllüdlü Həbib Zabit oğlu Musayev zəhərlənmə əlamətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Həbib Musayevin yaşadığı evin vanna otağında dəm qazından zəhərlənməsi məlum olub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Həbib Musayevə lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az