Qazax rayonunda avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb. Qazax rayonunda avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

Qazaxda yol qəzası - 3 yaralı var

Qazax rayonunda avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı-Əskipara kənd yolunda baş verib.

İlkin məlumatlara görə, avtoqəza nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin normal, digər iki yaralının isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az