Biləsuvarda 1 ton ot bağlaması yanıb

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyü 3 m2 sahədə və köməkçi tikiliyə bitişik ümumi sahəsi 10 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanıb.