- Köhnə - Hadisə
- 8 Yanvar 2018 18:55
- 3 142
Gəncədə minik avtomobili yük maşınına çırpılıb
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin qərb çıxışında baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yanacaq daşıyan yük maşınına çırpılıb. Nəticədə minik maşınında olanların xəsarət aldığı bildirilir.
Hazırda əraziyə DYP əməkdaşları və təcili yardım xidməti cəlb olunub.