Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib. Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

"Spazmalqon" içdi - Zəhərləndi

Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

AzNews.az "Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü qəsəbə sakini Dursun Hüseyn qızı Məmmədova dərman qəbul etdikdən sonra halı pisləşib, allerqik şok keçirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

D.Məmmədovanın ağrıkəsici kimi istifadə olunan "Spazmalqon"dan zəhərləndiyi bildirilir.