- Köhnə - Hadisə
- 18 Yanvar 2018 13:40
- 5 209
“160” motosikletlə toqquşdu - Ölən var
Xəzər rayonunun Binə qəsəbəsində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 18-də saat 1 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Tural Mürsəlzadə idarə etdiyi “Zontes” markalı motosikleti qarşıda gedən Nurlan Məmmədovun 160 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Nəticədə T.Mürsəlzadə hadisə yerində ölmüş, sərnişini, Bakı şəhər sakini Rövşən Qurbanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.