- Köhnə - Hadisə
- 25 Yanvar 2018 14:38
- 3 542
Bakıda bina yandı - 13 nəfər təxliyə olundu
Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılan elektrik sayğacı və 5 p.m kabel yanıb. Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.