- Köhnə - Hadisə
- 27 Yanvar 2018 17:18
- 4 869
Bakıda intihara cəhdin qarşısı alınıb
Bakı şəhərinin Qaradağ rayonunda intihara cəhdin qarşısı alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər intihar etmək məqsədilə çoxmərtəbəli yaşayış binasının damına çıxıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən intihar cəhdinin qarşısı alınıb. Əməliyyat başa çatıb.