- Köhnə - Hadisə
- 27 Yanvar 2018 21:45
- 3 353
Avtomobil işıq dirəyinə çırpıldı - İki nəfər yaralandı
Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində, Su Kanal İdarəsinin qarşısında qeydə alınıb.
İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil yolun kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vəziyyəti daha ağır olan təqribən 30-35 yaşlı sürücü Füzuli Saday oğlu İsgəndərov təcili xəstəxanaya çatdırılıb. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az