Avtobus dirəyə çırpıldı - 12 nəfər yaralandı

Moskvanın şimalında avtobus tuneldəki ayırıcı dirəyə çırpılıb.

AzNews.az xəbər verir ki, hadisə Leninqrad avtomobil yolunda, 1 saylı evin yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 12 nəfər yaralanıb. Polis qəzanın sürücünün sürətə nəzarət etməməyi səbəbilə baş verdiyini qeyd edib. O cümlədən, hadisə pik saatlarda baş verib. Avtobusun sərnişinləri nəqliyyat müəssisəsinin işçiləri olublar. Onlardan heç biri ciddi şəkildə yaralanmayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.