- Köhnə - Hadisə
- 6 Fevral 2018 11:09
- 8 141
Diri-diri yanan körpə ilə bağlı - yeni məlumat
Beyləqan rayonunda yeni doğulmuş körpənin diri-diri yanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Rayonun Şahsevən kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, yanğın günorta saatlarında baş verib:
“Hadisə baş verərkən ailə üzvləri həyətdə olub. Hələ bir yaşı tamam olmamış Həbib Fərəcli evdə yatırmış. Sobadan evə od düşüb. Bir də baxıblar ki, alov pəncərədən bayıra çıxır. Tez qaçıb körpəni alovun içindən çıxarıblar. Amma çox geç olub - uşağın baş hissəsi tamam yanıbmış. Körpəni rayon xəstəxanasına çatdırsalar da həkimlər onun vəziyyətinin ağır olduğunu və təcili olaraq Bakıya Yanıq Mərkəzinə çatdırılmasını məsləhət biliblər”.
Sakinlər uşağın Bakıda Yanıq Mərkəzində dünyasını dəyişdiyini bildiriblər.
Qeyd edək ki, Beyləqan rayonunda yanğın hadisəsi baş verib. Rayonun Şahsevən kənd sakini, 2017-ci ildə anadan olmuş və hələ ayaq açmamış Fərəcli Həbib Nurlan oğlu yanaraq ölüb.
Bahar RÜSTƏMLİ
AzNews.az