Mərkəzi bazarda kütləvi dava - Bıçaqlananların adları + Yenilənib

Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın ərazisində baş verən dava zamanı bıçaqlanan şəxslərin adları məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, şəhər sakinləri - 1988-ci il təvəllüdlü Ümid Əbdülkərim oğlu Əzimzadə və 1985-ci il təvəllüdlü Sehran Tahir oğlu Baxşıyev arasında yaranan mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.

Hadisə şəxsi zəmində baş verib, araşdırmalar davam etdirilir.

***

14:35

Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.

“Report”un cənub bürosunun məlumatına görə, dava zamanı iki nəfər bıçaqlanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az