- Köhnə - Hadisə
- 6 Fevral 2018 18:44
- 5 398
Xızıda anbar və 4 avtomobil yanıb
Xızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.