Bakıda “Shacman” ofisə girib - Foto

Bakıda yük avtomobili ofisə girib.

AzNews.az APA-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.