- Köhnə - Hadisə
- 26 Fevral 2018 11:29
- 4 407
56 yaşlı kişi kanalda boğuldu
Salyan rayon sakini su kanalında boğularaq ölüb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun ikinci Varlı kənd sakini, 1962-ci il təvəllüdlü Cəfərov Cəfər Xudam oğlu kənddən keçən su kanalına düşərək boğulub.
C. Cəfərovun meyiti kanaldan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az