Avtomobil qaz borusuna çırpıldı - Yaralananlar var

Astara rayonu Şahağacı kəndində yol qəzası olub.

AzNews.az APA-a istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən qarşısına maneə çıxıb. Sürücü maneədən yayınmaq istəyərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı qaz borusuna çırpılıb.

Nəticədə qəza zamanı sərnişin 1976-cı il təvəllüdlü Təranə Ağakərim qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.