Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bakı metrosunda həyəcan

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, qatarların hərəkətinin geçikməsinə səbəb, işarəvermə avadanlığında yaranan texniki nasazlıq olub:

“Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında texniki nasazlıq yaranıb. Bu səbəbdən də saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib. Hazırda nasazlığı aradan qaldırmağa çalışırıq”.

Nəsimi Paşayev yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az