- Köhnə - Hadisə
- 5 Mart 2018 21:30
- 3 956
Qaxda yol qəzasında xəsarət alanların kimliyi bilindi - Yenilənib
Qax rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı Qax rayon Əlibəyli kənd sakinləri: 36 yaşlı Dukaşvili Gita Boris qızı, 41 yaşlı Andiraşvili Laşa Kristian oğlu, 27 yaşlı Barixaşvili Georgi Nodar oğlu, 38 yaşlı Emiraşvili Naia Valika qızı və 4 yaşlı Emiraşvili Nikolas Slava oğlu xəsarət alıblar.
Yaralıların hamısı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. 20 yaşlı Şioşvili Laşa Aludeyeviçin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə Alatəmir kəndində baş verib. "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub.
21:30
***
AzNews.az Report-a istinadən xəbər verir ki, Qax rayonunun Alatəmir kəndində "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşması nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
Qax rayonunda ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.