Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Cəlilabadda qəza - 1 nəfər yaralandı

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində rayonun Alaşar kənd sakini, 1988-ci il təvəllüdlü Babayev Pərviz Abış oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az