İmişli rayonunda toyda düşən dava zamanı 1 nəfər xəsarət alıb. İmişli rayonunda toyda düşən dava zamanı 1 nəfər xəsarət alıb.

Toyda dava düşdü - Onları ayıran döyüldü

İmişli rayonunda toyda düşən dava zamanı 1 nəfər xəsarət alıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, dava bu gün axşam saatlarında rayonun Xəlfəli kəndində qurulan toy çadırının həyətində olub.

1977-ci il təvəllüdlü kənd sakini Məmmədov Ramil Yusif oğlu dava edənləri ayırmaq istəyən zaman döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Məmmmədov dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

R.Məmmədov həmkəndliləri Rauf, Mirzəxan, Zaur və Ruşəddin Mirzəyev qardaşları tərəfindən döyüldüyünü iddia edir.

Faktla bağlı araşdırma aparılır.