Yevlaxda mikroavtobus qəzaya uğrayıb. Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

Avtobus qəzaya düşdü, 20 məktəbli xəsarət alıb - Yenilənib

Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

***

Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

10:41

***

AzNews.az Report-a istinadən xəbər verir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Mingəçevir-Bəhramtəpə yolunun Yevlax rayonundan keçən hissəsində qəzaya uğrayıb.

Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.