Tovuzdakı qəzada xəsarət alanların kimliyi müəyyənləşdi - Yenilənib

Tovuzda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

AzNews.az APA-a istinadən xəbər verir ki, bunlar Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xəqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğludur.

Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

20:45

***

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb.