Aksiyada saxlanılanların məhkəməsi gedir

Martın 11-də "Əsgər ölümünə son" şüarı ilə keçirilən aksiya zamanı saxlanan azı 20 iştirakçı Nəsimi və Səbail rayon məhkəmələrinə gətirilib.

Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsinə gətirilənlərin üzündə xəsarət izləri olub:

"Saat 11:30-da 5 nəfər AXCP üzvü Nəsimi rayon məhkəməsinə gətirildi. Bu yalnız bizim gördüklərimiz idi. Dəqiq say açıqlanmır ki, neçə nəfər saxlayıblar. Məhkəməyə gətirilənlərdən Renad Nəcəfovun və Ənvər Hüseynovun üzündə xəsarət izi var idi".

Nəsimi rayon məhkəməsinə AXCP üzvləri Nihad Hüseynov, Renad Nəcəfov, Elvin Baycan, Ramin Musayev, Ənvər Hüseynov gətirilib.

Səbayel Məhkəməsinə gətirilənlər Babək Həsənov, Təzəxan Mirələmli, Məhəmməd Məcidli, Zaur Məmmədov, Aqil Əliyev, Vüsal Bayramov, Türkel Əlisoy, Rauf Məmmədli, Şamil Beydullayev, İlkin Əliyev, Azər Sadıqov, Osman Əhmədlidir.

Martı 10-da Bakının Fəvvarələr Meydanında "Əsgər ölümünə son" tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada 100-dən çox adam saxlanıb. Onlardan 100-ə qədəri gecə saatlarında sərbəst buraxılıb.

AzNews.az