Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşdü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib.

APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, ARDNŞ prezidenti bu gün səhər Tiflisdəki Heydər Əliyev parkını ziyarət edib. Daha sonra R. Abdullayev Gürcüstanın baş naziri Bdzina İvanişvili ilə görüşüb. Görüşdə investisiya imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb.

Daha sonra R. Abdullayev ARDNŞ-in Tiflisdə 2 yeni yanacaqdoldurma stansiyasının açılışında iştirak edib.

Qeyd olunub ki, yaxın iki il ərzində ARDNŞ-in Gürcüstandakı qaz yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatacaq.

ARDNŞ prezidenti bu gün Bolnisi rayonunun azərbaycanlıların kompakt yaşadıqları Faxralı kəndinə təbi qaz xəttinin açılışında iştirak edəcək.

AzNews.az