"Ölümün səbəbi ilə bağlı istintaqda müəyyən fikirlər var,ancaq..." "Ölümün səbəbi ilə bağlı istintaqda müəyyən fikirlər var,ancaq..."

Polis özünü niyə asdı? - RƏSMİ AÇIQLAMA

"Ölümün səbəbi ilə bağlı istintaqda müəyyən fikirlər var,ancaq..."



Məlum olduğu kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsinin polis nəfəri Samir Ələkbərzadə özünü asıb. Onun meyidi Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlanıb.

S.Ələkbərzadə sintetik kəndirlə özünü evin içərisindəki tirdən asıb. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Heydər Əliyev adına Neft Emalı Zavodunun xidmət rəisi AzNews.az-a hadisədən xəbərsiz olduğunu, bunu isə hadisənin zavodda baş verməməsi və S.Ələkbərzadənin zavodun deyil, mühafizə polisi idarəsinin işçisi olması ilə əlaqələndirib.


Hadisə Sabunçu rayon prokurorluğunda araşdırılır. Artıq polis nəfərinin ölüm səbəbi ilə bağlı ilkin versiya da var. Bunu isə müstəntiq Tural Haqverdiyev AzNews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ölüm səbəbi ilə bağlı istintaqda müəyyən fikirlər var. Ancaq bunu ictimaiyyətə açıqlamaq hələ tezdir: "1-2 ay sonra əlaqə saxlayarsiniz. Ümumiyyətlə, istintaq yekunlaşdıqdan sonra nəticələri açıqlayacağıq.

Ruhiyyə
AzNews.az-a