Kemerovoda yanğına görə günahkarlar tutuldu

Kemerovoda yanğın haqqında siqnaldan sonra bildirişin sistemini kəsdiyinə görə keşikçi saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Hal-hazırda beş şübhəli saxlanılıb və dindirililib, Saxlanılanlar arasında bir sıra məsul şəxslər və o cümlədən yanğınla bağlı bildiriş siqnalını kəsən şəxs də var." deyə Svetlana Petrenko qeyd edib.

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində 64 nəfər dünyasını dəyişib.