- Köhnə - Hadisə
- 27 Mart 2018 21:30
- 3 882
Mingəçevirdə yol qəzası baş verdi - Piyada ağır xəsarət aldı (Foto)
Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki,şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.
Piyada “Toyota” və “VAZ-21012” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.
.jpg)
