- Köhnə - Hadisə
- 28 Mart 2018 18:14
- 3 706
Cəlilabadda zəncirvari qəza baş verdi
Cəlilabad rayonunda üç avtomobil toqquşub.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad şəhərinə girişin dairəvi hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobillərlə “VAZ-2106” markalı minik maşını toquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.