Mingəçevirdə 32 yaşlı kişi bıçaqlandı

Mingəçevir şəhərində 32 yaşlı kişi bıçaqlanıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü şəhər sakini Anar Yaşar oğlu Quliyev naməlum şəxslə mübahisə zəmnində bıçaqlanaraq ağır xəsarət alıb. Ona döş qəfəsindən bıçaq zərbələri vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.