- Köhnə - Hadisə
 - 7 Aprel 2018 16:50
 - 3 148
 
Avtomobillər toqquşdu - Xəsarət alanlar var
            Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Kür qəsəbəsinə gedən yolda VAZ-2107 və LADA markalı avtomobillər toqquşub.
Nəticədə iki qadın sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az