Tovuzda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü - Toy yasa döndü

Tovuz rayonunda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

AzNews.az APA-a istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 2010-cu il təvəllüdlü Cəfərli Yusif Feyruz oğlu yaxınlarının toy məclisi zamanı yıxılaraq ağır xəsarət alıb. O, bu gün xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.