- Köhnə - Hadisə
- 16 Aprel 2018 22:34
- 4 526
Saatlıda 57 yaşlı kişi su kanalında boğuldu
Saatlı rayonunda suda boğulma hadisəsi baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü İlham Abdulla oğlu Abdullayev su kanalına düşüb. Nəticədə o, boğulub.
Faktla bağlı araşdırma aparılır.