FHN Lənkəranda yanan avtomobillə bağlı məlumat yaydı

Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran şəhərində ümumi sahəsi 20 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və sexin içərisində olan "VAZ" markalı avtomobilin yanar hissələri yanıb.

Avtomobilin və sexin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.