Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlandı

Bakı şəhəri, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu General Şıxlinski küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

O, döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.