- Köhnə - Hadisə
- 21 Aprel 2018 22:33
- 6 435
Bakıdan rayona işləməyə gedən usta...
Bakı şəhər sakini Göygöldə yıxılaraq ağır xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Fazil İbrahimov usta kimi çalışdığı Göygöl rayonunda dəmir kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb. Müxtəlif bədən xəsarətləri alan F. İbrahimov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az